Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan Korporativ İdarəetmə Layihəsi (AKİL) “Azərbaycan Kredit Bankı” ASC-də Pilot proqramını başa çatdırıb.

18.02.2010


Fevral ayının 18-də Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan Korporativ İdarə-etmə Layihəsi (AKİL) “Azərbaycan Kredit Bankı”nda korporativ idarəetmənin qiymətləndirilməsi və təkmilləşdirilməsi məqsədilə həyata keçirdiyi Pilot proqramını başa çatdırması barədə Yekun hesabatın təqdimat mərasimi keçirilmişdir. Həmin təqdimat mərasimində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan Korporativ İdarəetmə Layihəsinin rəhbəri Xanım Kalorina Brayt çıxış edərək, bankın korporativ idarəetməyə sadiqlik nümayiş etdirdiyini, əməkdaşlıq edilən bütün dövr ərzində AKİL-in banka verdiyi tövsiyələrə əsasən bankda korporativ idarəetmə təcrübəsinin təkmilləşdirildiyini və bundan sonra da rəhbərlik etdiyi qurumun bu sahədə öz məsləhət və tövsiyələrini əsirgəməyəciyini qeyd etdi. Bankın Müşahidə Şurasının sədri Nazim Alıyev bankın səhmdarları və idarəetmə orqanları adından korprativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsinə dair banka verilən tövsiyə və məsləhətlərə, yaxından göstərilən texniki dəstəyə görə Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) rəhbərliyinə və Azərbaycan Korporativ İdarəetmə Layihəsinin əməkdaşlarına öz minnətdarlığını bildirdi.

VALYUTA MƏZƏNNƏLƏRİ

03.09.2010

AlışSatış
1 USD 0.8020 0.8050
1 EUR 1.0197 1.0455
1 RUR 0.0257 0.0267