“Azərbaycan Kredit Bankı” ASC (AZKREDİTBANK) məzun yarmarkada iştirak etdi.26.05.200823-24 May 2008-ci il tarixlərində AZKREDİTBANK Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş ənənəvi məzun yarmarkasında iştirak etmişdir. Artıq üçüncü ildir ki ADİU bu yarmarkanı bütün ali təhsil məzunları üçün (bakalavr və magistrlar) təşkil etdi. Yarmarkada 60-dan yuxarı holdinq, şirkət və banklar məzunlara müxtəlif vakansiyalar təqdim etdilər. Yarmarka zamanı AZKREDİTBANK məzunlara stajor vakansiyaları haqqında məlumat verdi. Bankın əməkdaşları məzunları “İşə qəbul qaydaları”, həmçinin hər bir bank vəzifəsinə uyğun müvafiq vəzifə təlimatı ilə tanış etdilər. AZKREDİTBANK hesab edir ki, bu üsul gələcəkdə məzunlara iş tapmağa və karyeralarını başlamağa kömək edəcək. Bank kadr ehtiyatının formalaşdırılmasına çox ciddi yanaşır və daha çox öyrənmək və işləmək həvəsi olan gənclərin işə cəlb olunmasına üstünlük verir. Gənclərin təcrübəsi artdıqca onlar struktur üzrə daha yuxarı mövqedə duran vəzifələrə keçirdilirlər. “Azərbaycan Kredit Bankı" Açıq Səhmdar Cəmiyyəti 2006-cı ilin əvvəlindən fəaliyyətə başlamışdır. Yerli bank sisteminin gənc iştirakçılarından biri olaraq, müxtəlif mülkiyyət formasına malik olan və müxtəlif sahələrdə və istiqamətlərdə məşğul olan fərdi və korporativ müştərilərə, eləcə də maliyyə-kredit təşkilatlarına xidmətlər təqdim edən universal bankdır. 31 Mart 2008 tarixinə bankın aktivləri 25 169 995,57 AZN, müştərilərin sayı 2130 şəxs (həm hüquqi, həm fiziki şəxs) təşkil etmişdir. |
VALYUTA MƏZƏNNƏLƏRİ03.09.2010
|






