Təcili pul köçürmələri

“Azərbaycan Kredit Bankı” ASC dünyanın dörd bir yanına təcili pul köçürmələrini həyata keçirir. Hal-hazırda bankımız 7 beynəlxalq pul köçürməsi sistemindən istifadə etməklə Sizlərə-fəaliyyətimiz zamanı çox böyük dəyər verdiyimiz müştərilərimizə xidmət göstəririk.Müştərilərimiz bu sistemlərdən “Bıstraya Poçta” və “Migom” sistemləri vasitəsilə yalnız MDB və Baltikyanı ölkələrə, “Lider”, “Coinstar”, “Contact”, “Western Union” sistemləri vasitəsilə isə dünyanın istənilən ölkəsində yaşayan, işləyən qohumlarına və yaxınlarına  pul göndərə bilərlər.
Təcili pul köçürmələrində istifadə etməyin bəzi üstünlükləri vardır:
  • Operativlik və təcililik – sistemlər vasitəsilə pul köçürərkən hesab açılmadığından və pulu göndərmənin 10-15 dəqiqəyə başa gəldiyindən müştərilərimiz vaxta qənaət etmiş olurlar;
  • Təhlükəsizlik – hər bir sistemdə pulun köçürülməsi zamanı xüsusi təhlükəsizlik sistemlərindən istifadə edilir;
  • Geniş nümayəndəlik şəbəkəsi – sistemlərin  çoxsaylı nümayəndəlik şəbəkələrinə malik olmaları müştərilərin pulu göndərmələrində və çıxartmalarında rahatlıq yaradır.

Pulların göndərilməsi və çıxarılması qanunvericiliyə əsasən həyata keçirilir.
Bankımızda adı çəkilən xidmətlər və digər xidmətləri Sizlərə göstərməkdən məmnun olardıq.

 

 

VALYUTA MƏZƏNNƏLƏRİ

03.09.2010

AlışSatış
1 USD 0.8020 0.8050
1 EUR 1.0197 1.0455
1 RUR 0.0257 0.0267