SMS bankinq
Bankımızın müştərilərə təqdim etdiyi ən yeni xidmətlərindən biridir. Bu xidmətdən istifadə etməklə müştərilərimiz aşağıdakıları əldə edə biləcəklər:
- Kredit xidməti – bunun vasitəsilə biz bankın müştərilərinə kreditlərinin ödəmə vaxtını (məbləğini) mesaj formasında istər mobil telefonlarına, istərsə də email ünvanlarına göndərir və bu mesajın müştəri tərəfindən alınıb-alınmamağı haqqında məlumatı sistemdə qeyd olunur.
- Depozit xidməti - – bunun vasitəsilə biz bankın müştərilərinə depozitlərinin alması vaxtını (məbləğini) mesaj formasında istər mobil telefonlarına, istərsə də email ünvanlarına göndərir və bu mesajın müştəri tərəfindən alınıb-alınmamağı haqqında məlumatı sistemdə qeyd olunur.
- Sorğu xidməti – bunun vasitəsilə biz bankın müştərilərinə depozitləri haqqında (vaxtını, məbləğini), hesablarında dəyişikliklər və balans haqqında, valyuta kursları haqqında 24 saat ərzində xüsusi sorğu göndərməklə, mesaj formasında mobil telefonlarına cavab göndərilir və bu mesajın müştəri tərəfindən alınıb-alınmamağı haqqında məlumatı sistemdə qeyd olunur.
- Məlumatlandırma xidməti – bunun vasitəsilə biz bankın müştərilərinə abunə sistemi üzrə depozitləri haqqında (vaxtını, məbləğini), hesablarında dəyişikliklər və balans haqqında, valyuta kursları haqqında, bankın yeni xidmətləri haqqında mesaj formasında mobil telefonlarına cavab göndərilir və bu mesajın müştəri tərəfindən alınıb-alınmamağı haqqında məlumatı sistemdə qeyd olunur.
Qeyd etmək istərdik ki, bütün bu xidmətlər pulsuz olaraq həyata keçirilir.