Bank seyfləri

Bankımızda müştərilərimizə fərdi bank seyfləri açmaqla da xidmətlər göstəririk.

Bu zaman müştərilərimizlə müqavilələr aşağıdakı şərtlərlə bağlanılır:

  • Seyfdən istifadə müddəti tam aylarla müəyyən edilir. Yəni müştəri seyfdən 1 aydan az istifadə etmək istəyirsə və ya istafadə etmişdirsə tam ay üçün haqq ödəmələdir;
  • İstifadə müddəti 1 (bir) ildən artıq olmadıqda komissiya haqqı bütün istifadə müddətinə görə qabaqcadan tutulur. Əks halda, komissiya haqqı qabaqcadan ilbə-il olaraq tutulur;
  • Seyf istifadəyə verilərkən icarə müddətindən asılı olmayaraq 50 AZN məbləğində vəsait sığorta əmanəti kimi rəsmiləşdirilir. Bu əmanətlər aşağıdakı şərtlərdə istifadə olunur:
      1.  Bank əmlakının (açar, kilid, kaset) itirilməsi və zədələnməsinə görə müştəriyə 50 AZN cərimə  tətbiq edilir.
      2. Seyfin istifadə müddəti başa çatdıqdan sonra 3 iş günü ərzində müştəri açarları Banka təhvil vermədikdə və ya müəyyən olunan müddətdən başlayaraq 3 iş günü ərzində       komissiya haqqını ödəmədikdə Bank sığorta əmanətini cərimə kimi tam şəkildə silir.

Bank seyfləri üzrə tariflər aşağıdakı kimi təyin olunub:

 Hündürlüyü 10 sm olan seyfin istifadəyə verilməsi:

6 aya qədər

8 AZN (1 aya)

6 aydan artıq

5 AZN (1 aya)

VALYUTA MƏZƏNNƏLƏRİ

03.09.2010

AlışSatış
1 USD 0.8020 0.8050
1 EUR 1.0197 1.0455
1 RUR 0.0257 0.0267