Hesablaşma kassa
Bankımız rezident və qeyri-rezident hüquqi şəxslərə manatla və xarici valyutalarda hesablaşma kassa xidməti göstərir. Müştərilərə göstərilən xidmətlərin tarifləri İdarə Heyəti tərəfindən təsdiq olunur.
Bankımız öz müştərilərinə aşağıdakı hesablaşma kassa xidmətlərini göstərir:
- Manatda və xarici valyutada cari və depozit hesablarının açılması;
- Mümkün bank əməliyyatları barədə məsləhət xidmətləri;
- Azərbaycan daxilində və xaricə pul köçürmələrinin həyata keçirilməsi;
- Hesaba daxil olmuş pul vəsaitlərinin hesabdan çıxarılması;
- Hesabda vəsait qalığının saxlanması;
- Hesabdakı vəsaitin idarə olunmasının banka həvalə olunması;
- Hesaba vəsaitin əlavə olunması.
Bankımızda hüquqi şəxslərə hesabların açılması Azərbaycan Respublikası Milli Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydalar”ına uyğun olaraq həyata keçirilir. Bu zaman aşağıdakı sənədlər tələb oluna bilər:
- Ərizə;
- İmza nümunəsi (notarial qaydada təsdiq olunmuş);
- Təsdiq olunmuş nizamnamənin kopyası(notarial qaydada təsdiq olunmuş);
- Ədliyyə Nazirliyində qeydiyyatın notarial qaydada təsdiq olunmuş forması;
- Şəxsiyyət vəsiqəsinin kopyası;
- Statistika orqanlarında statistik vahidlərin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
- Dövlət sosial sığorta orqanında uçota alınması barədə bildirişin əsli;
- Müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
- İmza və möhür nümunələri vərəqəsi;
- İmza etmək hüququna malik şəxslərin passportlarının kopyası.