Stress Testlər

Çoxfaktorlu Stress-testləşdirmə
Ssenari təhlili   


23.06.2008

Ehtimal olunan ssenarilər:

1. Kreditlərin ödənilməsi
2. Depozitlərin çəkilməsi

Bankın kredit portfelinin yarısının 10 müştəridə cəmləşməsini nəzərə alaraq, kreditlər üzrə faiz dərəcələrinin enməsi halında böyük ehtimalla müştərilər tərəfindən kreditlərin faiz dərəcələrinə yenidən baxılma tələbi yönəldiləcək. Faiz dərəcələrinə yenidən baxıldığı təqdirdə bankın faiz marjası azalacaq. Yeni aktivlərdən alınacaq faiz gəlirləri mövcud öhdəliklər üzrə ödənəcək faizlərdən az olacaq. Faiz dərəcələrinə yenidən baxılmadığı təqdirdə müştərilərin digər banklara üz tutması və cari kreditlərin ödənilməsi təhlükəsi yaranır. Bu zaman sərbəst qalmış vəsaitlərin qısa bir zamanda yerləşdirilməsi çətin olduğundan, vəsaitlərin, gəlirliyi 10-11% təşkil edən qiymətli kağızlara və gəlirliyi 14-15% olan banklararası kreditlərə yönəldilməsi halı baş verəcəkdir. Bu alətlər üzrə faiz dərəcələrinin kreditlər üzrə faiz dərəcələrindən aşağı olması və qeyri-stabil olması bankın gəlirlərinin azalmasına səbəb olacaqdır. Buna görədə hər iki halın baş verməsi bank üçün əlverişli deyil.
Kreditlər üzrə faiz dərəcələrinin enməsi, öz növbəsində bankı depozitlər üzrə faiz dərəcələrinin endirilməsinə məcbur edəcək.
Bank faiz dərəcələrini endirdiyi halda, orta hesabla il ərzində 500 000 manat məbləğində faiz gəlirlərindən məhrum olacaq.
Bazar faiz dərəcələrinin dəyişilməsi və ya digər faktorlar səbəbiylə bankın 10 iri müştərisinin kreditlərinin geri ödənməsi aşağıdakı itkilərə gətirib çıxara bilər:

Sıra

Müştəri

Kreditin məbləği

Faiz dərəcəsi

Kreditin ödəniş tarixi

Əldə edilməmiş gəlir

1

 

 2 000 000,00

19,00%

23.11.2008

161 500,00

2

 

 1 500 000,00

18,00%

01.08.2008

29 250,00

3

 

 1 500 000,00

18,00%

01.09.2008

52 500,00

4

 

 1 200 000,00

24,00%

10.07.2008

13 600,00

5

 

 816 871,35

26,00%

08.11.2008

81 414,84

6

 

 780 000,00

24,00%

19.06.2009

187 720,00

7

 

 669 970,68

26,00%

06.09.2009

212 901,79

8

 

 490 000,00

24,00%

29.11.2008

51 940,00

9

 

 490 000,00

24,00%

17.06.2009

117 273,33

10

 

 458 930,51

28,00%

09.08.2009

147 061,73

Cəmi:

 

9 905 772,54

21,66% 


1 055 161,70

Bazar faiz dərəcələrinin artımı və ya bank sektoru haqqında əhali arasında mənfi fikrin formalaşması nəticəsində bankın iri depozitlərinin çəkilməsi halı yarana bilər və bu bankı likvidlik riski ilə üzləşdirə bilər.

 

Sıra

Müştəri

Depozitin məbləği (AZN-lə)

Faiz dərəcəsi

1

 

 700 000,00

18,00%

2

 

 422 800,00

15,00%

3

 

 340 000,00

14,00%

4

 

 211 350,00

15,00%

5

 

 138 000,00

13,00%

6

 

 128 493,00

7,00%

7

 

 100 000,00

15,00%

8

 

 100 000,00

15,00%

9

 

 100 000,00

15,00%

10

 

 85 000,00

17,00%

Cəmi:

 

 2 325 643,00

15,27%

Cədvəldən göründüyü kimi, 10 iri depozit, kredit portfelində olduğu kimi, depozit portfelinin 50%-ni təşkil edir. Bu depozitlərin qısa bir müddət ərzində çəkiləcəyi təqdirdə həmin vəsaitlərin bir hissəsi qiymətli kağızlar portfelinin satılması yolu ilə, qalan hissə isə kreditlər üzrə ödənişlər və banklararası vəsaitlərin cəlb edilməsi hesabına ödənilə bilər. Banklararası vəsaitlər üzrə faiz dərəcələrinin qeyri stabil olması bankın faiz riski ilə üzləşməsinə gətirib çıxara bilər.

Qeyd olunanları yekunlaşdıraraq, bu nəticəyə gəlmək olar ki, kredit və depozit portfeli strukturca baş verə biləcək ssenari zamanı bankın böyük itkilərə məruz qalmasına gətirib çıxarda bilər. Bunların qarşısını almaq üçün kredit portfelinin diversifikasiyası, depozit siyasətinin aktivləşməsi tələb olunur.    

VALYUTA MƏZƏNNƏLƏRİ

03.09.2010

AlışSatış
1 USD 0.8020 0.8050
1 EUR 1.0197 1.0455
1 RUR 0.0257 0.0267