Bazar risklərinin idarə edilməsi metodlarıFaiz riski Faiz riski dedikdə faiz dərəcəsinin enib-qalxması nəticəsində maliyyə alətlərinin və bankın iqtisadi dəyərinin dəyişməsindən ehtimal olunan itkilərin yaranması nəzərdə tutulur. Faiz riskinin yaranmasına səbəb – faiz dərəcələrinin dəyişməsinə həssaslıq dərəcələri və dəyişmə müddətləri üzrə bankın tələblərinin və öhdəliklərinin həcmlərinin uyğunsuzluğudur. Nəticədə yeni bazar şəraitinə uyğun yeni əlverişsiz faiz dərəcələrinin müəyyənləşdirilməsi ilə əlaqədar planlaşdırılan xalis faiz gəlirinin (axınının) yenidən qiymətləndirmə riski yaranır. Yekunda bankın faiz marjasının və xalis faiz gəlirinin azalma riski yaranır. Bankımızda maliyyə alətləri hər bir kontrakt üzrə (cari və ya başa çatmış) müəyyən olunan xüsusi əmsallar və parametrlər əsasında faiz risklərinə həssaslıq qrupları üzrə təsnifləşdirilirlər. Bankımızda aşağıdakı həssaslıq qrupları müəyyənləşdirilmişdir:
- inersial həssaslıq; - standard həssaslıq; - operativ həssaslıq; Faiz dərəcəsinin dəyişməsinə “İnersial həssas” o alət və müştərilərdir ki, onlar üçün dərəcə adətən müqavilənin müddəti bitdikdə yenidən qiymətləndirilir. Faiz dərəcəsinin əlverişsiz dəyişmə riskini daha dəqiq modelləşdirmək üçün, iki qrup müəyyənləşdirilmişdir: faiz dərəcəsinin yenidən müəyyənləşdirilməsi və yaxud maliyyə alətinin dərəcəsinin dəyişilməsi: faiz dərəcəsinin dəyişilməsinə “standart” və ya “operativ” həssaslıq: “standart" – baza bazar dərəcəsinin proqnozlaşdırılan dəyişmə tarixindən sonrakı 1 ay ərzində faiz dərəcəsinin dəyişməsi gözlənildiyi təqdirdə, "operativ" - dərəcənin proqnozlaşdırılan dəyişmə tarixinə 1-5 gün qalmış faiz dərəcəsinin dəyişməsinin gözlənilməsi. Kontragentin və kontraktın müəyyən qrupa aid edilməsi, qeyd edilən müştəri barədə toplanmış statistikaya və baza bazar dərəcəsinin yenidə nmüəyyənləşdirilməsindən sonra dərəcənin yenidən baxılmasına əsasən aparılır. Aktiv və passiv alətlərin faiz dərəcələrinin enib qalxmasına həssaslığının müxtəlifliyini nəzərə alaraq, enmə və qalxma ssenariləri üçün təsnifləşdirmə fərqli aparılır. Beləliklə, aktiv və passivlərin vaxt həcm strukturuna 2 həssaslıq qrupu müəyyənləşdirilir: 1 - faiz dərəcələrinin qalxması ssenarisi üçün, 2 - faiz dərəcələrinin enməsi ssenarisi üçün, ümumilikdə 9 həssaslıq qrupu üzrə: P=1 – faizsiz P=2 – faiz dərəcəsinin artmasına qeyri həssas P=3 – faiz dərəcəsinin artmasına inersial həssas P=4 – faiz dərəcəsinin artmasına standart həssas P=5 – faiz dərəcəsinin artmasına operativ həssas P=6 – faiz dərəcəsinin enməsinə qeyri həssas P=7 – faiz dərəcəsinin enməsinə inersial həssas P=8 – faiz dərəcəsinin enməsinə standart həssas P=9 – faiz dərəcəsinin enməsinə operativ həssas Bankda müştərilərin həssaslıq qruplarının müəyyənləşdirilməsi üzrə müəyyən tədbirlər görülür. Bu tədbirlər iki qrupa bölünür: proqram səviyyəsində avtomatlaşdırılmış və nəticələrin mütəxəssis səviyyəsində verifikasiyası. Aktiv və passivlərin həcm və vaxt strukturunun proqnozlaşdırılması aşağıdakı modellərlə həyata keçirilir:
Bankımızda faiz dərəcələrinin dəyişmə ssenarilərini modelləşdirən aşağıdakı prinsip müəyyənləşdirilmişdir: baza indikatorun dəyişməsi proqnozlaşdırılır və orta ölçülmüş dərəcələrin baza indikatorundan kənarlaşması verilir. Qeyd edilən kənarlaşmaları modelləşdirmək üçün, faizə həssas qrupa aid edilmiş alətlərin faiz dərəcələrinin tarixçəsini təhlil etmək tələb olunur. Baza indikatoru kimi aşağıdakılardan istifadə olunur:
Xarici valyuta riski Xarici valyuta riski dedikdə Azərbaycan Manatına nisbətən xarici valyutaların kursu dəyişdikdə itkilərin baş vermə ehtimalı başa düşülür. Bankımızda xarici valyuta riskinin qiymətləndirilməsi üçün bankın valyuta balansında aktiv passivlərin strukturu müqayisə edilir. Bankın balansında əhəmiyyətli paya malik(aktivlərin 5%-i) olan hər bir valyutaya ayrıca baxılır. Valyuta mövqeyinə cari nəzarət asasən açıq valyuta mövqeyinin hesablanması vasitəsilə edilir. Valyuta mövqeyi hər günün sonunda Maliyyə Menecmenti Departamenti tərəfindən hesablanır. Valyuta mövqeyinə gün ərzində nəzarət Xəzinədarlıq və Risklərin idarə edilməsi departamenti tərəfindən həyata keçirilir. Xəzinədarlıq departamenti xarici valyuta ilə əməliyyatlar aparılarkən təyin edilmiş limitlərin pozulmaması məqsədilə AVM-ə nəzarət edir. Risklərin İdarə Edilməsi departamenti isə risklərin idarə edilməsi aspektindən və qoyulmuş limitlərin dəyişdirilə bilməsi baxımından, eyni zamanda aparılacaq iri əməliyyatların, yeni maliyyə alətlərinin valyuta mövqeyinə təsirinin öyrənilməsi üçün AVM-ə nəzarət edir. AVM xarici valyuta olan aktiv və passivlərin fərqi kimi hesablanır. Bankımızda AVM-üzrə limitlərin müəyyənləşdirilməsi AMB-nın 8 fevral 2001-ci il tarixli 2657 N-li “Azərbaycan Respublikasının müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” ilə tənzimlənir. Bu qaydalara görə bank üçün bütün valyutalar üzrə hər bir iş gününün sonuna sərbəst konvertasiya oluna bilinən valyutalar üzrə uzun və qısa valyuta mövqelərinin məcmu böyüklüyü bankın xüsusi vəsaitlərinin (kapitalının) 20%-dən çox, hər bir sərbəst konvertasiya oluna bilinən valyuta üzrə uzun və qısa valyuta mövqeyi bankın xüsusi vəsaitlərinin (kapitalının) 10%-dən çox, hər bir qapalı valyuta üzrə uzun və qısa valyuta mövqeyi bankın xüsusi vəsaitlərinin 5%-dən çox, qapalı valyutalar üzrə uzun və qısa valyuta mövqelərinin məcmu böyüklüyü bankın xüsusi vəsaitlərinin (kapitalının) 7%-dən artıq olmamalıdır. Yuxarıda adı çəkilən normaları qorumaq üçün bank “siqnal” valyuta mövqeyi norması təyin edir. Bu “siqnal” valyuta mövqeyi göstəricisi ayrı-ayrı valyutalar üçün uzun və ya qısa valyuta mövqeyi üzrə Milli Bankın normativ göstəricisindən ən azı 0,5% az olmalıdır. Bütün valyutalar üzrə məcmu uzun və ya qısa valyuta mövqeyi göstəricisi Milli Bankın normativ göstəricisindən ən azı 1% az olmalıdır. “Siqnal” limitlərin təyin edilməsi və ya dəyişdirilməsi tələbi ilə Xəzinədarlıq departamenti Risklərin İdarə Edilməsi departamentinə təkliflər verir. Risklərin İdarə Edilməsi Departamenti təklifləri risk meyarları əsasında təhlil etdikdən sonra ciddi iradları olmadıqda təkliflər müzakirə üçün Risklərin İdarə Edilməsi Departamentinin müzakirəsinə çıxarılır. Valyuta risklərin idarə edilməsi üçün bankımız beynəlxalq təcrübədə geniş tətbiq edilən aşağıdakı metodlardan istifadə edir:
Bankımızda xarici valyuta riskinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunub: Vr = AVM (məcmu) *8% Burada AVM açıq valyuta mövqeyi kimi başa düşülür. Bankımızda qəbul olunan Valyuta riski, yəni qəbul olunan maksimum itki bankın məcmu kapitalının 2% - dən çox olmamalıdır. Bankımızda valyuta risklərinin idarə edilməsi üçün müxtəlif üsullardan istifadə olunur:
|
VALYUTA MƏZƏNNƏLƏRİ03.09.2010
|






