Kənar auditorumuz və onun seçim prinsipləri“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 44.1 maddəsinə uyğun olaraq Bankımızda 2007-ci ilin maliyyə nəticələrinin BMHS-ya uyğun yoxlanılması məqsədilə kənar audit dəvət olunmuşdur. Kənar auditin seçilməsi zamanı “Banklar haqqında”Azərbaycan Respublikasının Qanunun 44–cü maddəsinin və Milli Bankın “Bankların və xarici bankların yerli filiallarının kənar auditinin aparılmasına dair tələblər haqqında” qaydalarına əsaslanaraq aşağıdakı meyarlar əsasında audit şirkəti seçilmişdir: • Audit lisenziyasına malik olmaq; • Beynəlxalq Audit Standartlarına(BAS) əsasən audit apara bilmək; • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına(BMHS) uyğun audit apara bilmək; • Bankların auditi sahəsində iş təcrübəsinə malik olmaq; • BAS və BMHS-nın tələblərini dərindən mənimsəmiş kadrlara malik olmaq. Yuxarıda qeyd olunan meyarlar əsasında audit bazarında aparılmış araşdırmalar nəticəsində bazarda, xüsusilə bankların auditi sahəsində əhəmiyyətli təcrübəsi olan “Deloitte&Touche”MMC Beynəlxalq Audit Şirkəti bankımızın BMHS əsasında auditini aparmaq üçün seçilmişdir. |
VALYUTA MƏZƏNNƏLƏRİ03.09.2010
|






