Bankda nəzarət və hesabatlılıq

Bankımızda nəzarət və hesabatlılıq bölməsində aşağıdakı məlumatlar açıqlanmalıdır:
Bankımızda risklərin minimallaşdırılması məqsədilə adekvat nəzarət sistemləri qurulmuşdur. Nəzarət prosesləri  ilk növbədə bankın təşkilati strukturuna uyğun şəkildə qurulmuşdur. Bankda nəzarət prosesləri qurulan zaman “Dörd göz” prinsipi əsas tutulmuşdur. “Dörd göz” prinsipi əsasında nəzarət aşağıdakı sahələrə tətbiq olunur:

• Vəsaitlərin ödənilməsinin və faktiki ödənişin təsdiq edilməsi;

• Müştəri hesabları və xəzinə;

• “Bank” və “əməliyyat” kitablarında əqdlər;

• Kreditlərin qiymətləndirilməsi və kreditə nəzarət;

• Maliyyə bazarlarında əməliyyatlar;

• Maraqlar zəminində münaqişələrin yarandığı və həmin münaqişələrin başqa amillər vasitəsilə yüngülləşdirildiyi sahələr.
Bank yarandığı tarixdən bankın göstəricilərini özündə düzgün əks etdirən, maliyyə vəziyyətini təhlil etməyə imkan verən hesabat formaları tətbiq edilmişdir. Bankda yaradılmış hesabatlılıq iki istiqamətdədir:

• Bankdaxili hesabatlılıq;

• Bankdankənar hesabatlılıq;

Bankdaxili hesabatlılıq rəhbərliyə BMHS-yə, AMB-nin tələblərinə və rəhbərliyin tövsiyyələrinə uyğun olaraq hazırlanır.
Bankdankənar hesabatlar isə dövlət nəzarət orqanları, investorlar və müştərilər üçün hazırlanan və saytda və digər informasiya vasitələrində açıqlanan məlumatlar aiddir.

VALYUTA MƏZƏNNƏLƏRİ

03.09.2010

AlışSatış
1 USD 0.8020 0.8050
1 EUR 1.0197 1.0455
1 RUR 0.0257 0.0267