Missiya və strategiyamız

Bank, fəaliyyətində maksimum şəffaflığa nail olmaq üçün Azərbaycan Respublikası qanunvericiliyinə, etik normalara və ədalətli biznesin aparılması qaydalarına riayət edir, öz öhdəliklərini yerinə yetirir və reputasiyasına dəyər verir.

      Bank öz müştərilərinə Beynəlxalq Standartlara uyğun bank xidmətlərinin göstərilməsinə can atır, öz fəaliyyətini əmanətçilər, müştərilər və səhmdarların maraqlarına uyğun həyata keçirir.

      Bank sosial təhlükə doğuran istehsalları, layihələri və proqramları maliyyələşdirmir, riskləri nəzərə almaqla yeni əməliyyatları və istiqamətləri inkişaf etdirir. Müştərilərinə partnyor gözü ilə baxır və onların biznesinin inkişafına və qurulmasına dəstək verir. 

      Bankda korporativ və fərdi bankçılıq sistemi vardır. Bank müştərilərin aktivlərinin idarə edilməsində onlara peşəkar məsləhət xidmətləri göstərilir.

      Bank yerli maliyyə bazarının fəal iştirakçısıdır, onun dünya maliyyə bazarlarına çıxışı vardır. O, beynəlxalq maliyyə bazarlarının aktiv subyektinə çevrilir, bu bazarlardan ucuz və uzunmüddətli resurslar cəlb edir, müştərilərin maliyyə resurslarına olan təlabatını daha səmərəli ödəyir.

      Bank, gəlirlərinin əksər hissəsini infrastrukturunun inkişafına, texnoloji təchizata və personalın peşakar inkişafına reinvestisiya edir, bununla öz aktivlərinin və səhmlərinin real dəyərini artırır, səhmdarlarına layiqli dividendlərin ödənilməsini təmin edir.

      Bank, müştəriləri ilə qarşılıqlı öhdəliklərin qeydsiz-şərtsiz yerinə yetirilməsinə, qarşılıqlı hörmətə və etibara əsaslanan partnyor münasibətlərini davamlı olaraq inkişaf etdirir.

 

      Bank öz əməkdaşlarına dəyər verir və onların öz bacarıqlarını tam reallaşdıra bilmələri üçün şərait yaradır. Bank hər bir əməkdaşın peşəkar artımına və şəxsi inkişafına, onun rifahının  yaxşılaşdırılmasına kömək edərək, əvəzində işçidən Bankın korporativ dəyərlərinə bağlı və sadiq olmasını, maksimum fayda ilə işləməyə hazır və  qadir olmasını gözləyir.

      Bankın əsas prioritetləri aşağıdakılardır:

ü       Bankın bütün fəaliyyət aspektlərinin sistemləşdirilməsi hesabına menecmentin keyfiyyətinin artırılması;

ü       Bütün fəaliyyət istiqamətləri üzrə Bankın beynəlxalq standartlar səviyyəsinə ardıcıl olaraq çatdırılması;

ü       Peşakar hazırlığın dərinləşdirilməsi və korporativ mədəniyyətin formalaşdırılması yolu ilə “İnsan kapitalının” keyfiyyətinin artırılması;

ü       Bazarın məqsədli seqmenti və bu seqmentin müştərisinə diqqəti təmin edən bazara istiqamətləndirilmiş funksional yönümlü təşkilati strukturun formalaşdırılması;

ü       Müştəri portfelinin məqsədli seqmenti üzrə tələbatın hərtərəfli öyrənilməsi;

ü       Əməliyyatların, məhsulların və xidmətlərin standartlaşdırılması;

ü       Göstərilən xidmətlərin keyfiyyətinin kəmiyyətcə ölçülmə sisteminin yaradılması və tətbiqi;

ü       Bank işinin qurulması sisteminin təkmilləşdirilməsi prosesinə bütün personalın cəlb edilməsinin təmin edilməsi;

ü       Vəsaitlərin və gəlirlərin mənbələrinin diversifikasiyası;

ü       Bankın regional şəbəkəsinin idarə olunma sisteminin yaradılması və  təkmilləşdirilməsi.

ü       Bankın bütün strukturu üzrə davamlı və sürətli əlaqə sisteminin yaradılması;

ü       Diversifikasiya olunmuş gəlirli kredit və investisiya portfelinin formalaşdırılması;

ü       Xərclərin sistematik azaldılması istiqamətində aparılan əməliyyatlara ciddi nəzarət edilməsi;

ü       Bankda peşəkar əməkdaşların saxlanılması istiqamətində uğurlu kadr siyasətinin aparılması üçün sosial proqramların keçirilməsini də nəzərdə tutan təkmil motivasiya sisteminin yaradılması.

      Öz sosial məsuliyyətini anlayaraq və Azərbaycanın inkişafına maksimum kömək etməyə çalışaraq Bank, avtoriteti və maliyyə imkanları ilə sivil bazar münasibətlərinin inkişafı və ölkədəki siyasi və sosial sabitliyin qorunmasına dair dövlət və ictimai təşkilatların səylərini, dövlətin, yaradıcı kollektivlərin və fəaliyyəti cəmiyyətin elmi, sənaye, maliyyə, intellektual və mənəvi dəyərlərinin qorunması və artırılmasına xidmət edən şəxslərin səylərini dəstəkləyir.

      Bank Dövlətin, biznes üzrə kolleqaların və partnyorların kriminal və qeyri-leqal əməliyyatlara, o cümlədən qeyri-qanuni yolla əldə edilmiş çirkli pulların yuyulmasında iştirakı olan strukturların fəaliyyətinə müqavimət göstərməyə və qarşısını almağa istiqamətləndirilmiş səylərini dəstəkləyir.

      Bank, xeyriyyəçilik istiqamətində ölkənin gələcəyi olan uşaqlar və yaşlı nəsil qarşısında məsuliyyətini və borcunu anlayaraq, körpə nəslə, yaşlı və kasıb təbəqələrə kömək, mədəniyyət, incəsənət, elm, təhsil və digər sosial sahələrə yardım göstərir.

      “Azərbaycan Kredit Bankı” ASC-nin Missiya hesabatı onun Strateji baxışının əsas prinsiplərinin qısa icmalı olmaqla yanaşı, Bankın imicinin müəyyən olunmasında və nüfuzunun artırılmasında əsas vasitədir. Missiya hesabatını Bank aşağıda göstərilən çağırışlarla bazara istiqamətləndirir: 

      “Azərbaycan Kredit Bankı” ASC - “müştəri məmnunluğu”na istiqamətlənmiş etibarlı bankdır. Fəaliyyətimizlə maliyyə bazarında müştərilərə və tərəfdaşlara geniş spektrdə keyfiyyətli və maksimum rahat,  qarşılıqlı sərfəli olan əməkdaşlıq şərtləri təklif etməklə mövqelərimizi  möhkəmləndirməyə, müştəri bazasını, xidmətlərin satış həcmini artırmaqla, biznesin dinamik artımına çalışırıq.

      “Azərbaycan Kredit Bankı” ASC - bütün müştərilər üçün məsləhətçi və köməkçidir. Müştərilərimizə bank xidmətləri bazarında istiqamətlənməyə kömək edərək, hər zaman müştərilərimiz üçün informasiya baxımından açıq və aydınıq. Elə işləməyə çalışırıq ki, müştərilərimiz bizimlə əməkdaşlıqdan qurur duysunlar.

 

      “Azərbaycan Kredit Bankı” ASC - şöbə və filial şəbəkəsinə malik olan universal bankdır. Xırda əmanətçilərdən tutmuş iri istehsal müəssisələrinə kimi müxtəlif müştərilərlə işləyirik. Geniş spektrdə bank xidmətləri göstəririk. Xidmətləri elə şərait və səviyyədə göstəririk ki, müştərilər daim bizimlə işləmək istəsin. Müştərilərimizin yaşadığı və işlədiyi regionların inkişafına yardım edirik.

      “Azərbaycan Kredit Bankı” ASC - səmərəli fəaliyyət göstərən bankdır. Maliyyə fəaliyyətinin səmərəliliyi tək məqsədimiz deyil, bu bizim işimizin zəruri şərtidir. Risklərimizi diqqətlə qiymətləndirərək, etibarlı gəlir mənbələrinə istiqamətlənmişik. Yüksək xidmət səviyyəsini saxlamaqla, xərclərimizi azalda bilirik. Biznesimizin dəyərini daim artırırıq.

      “Azərbaycan Kredit Bankı” ASC - dinamik inkişaf edən bankdır. Özümüz öz inkişafımız üçün imkanlar yaradırıq, biznes prosesləri və təşkilati strukturu daim təkmilləşdiririk. Xidmətlərimizin keyfiyyətini yaxşılaşdırırıq, rəqabətqabiliyyətli yeni məhsullar hazırlayır və təklif edirik. Əməkdaşlarımızın professional və mədəni səviyyəsini artıraraq, aparıcı maliyyə qurumlarının təcrübəsini öyrənir, adaptasiya və istifadə edirik.

      Beləliklə, Bankın missiyası - özünü reallaşdırmaq imkanı yaratmaqla və investorların qoyduqları investisiyanın dəyərinin artırmaqla yanaşı, səhmdarlarına layiqli dividendlərin ödənilməsini təmin etməkdən, komandasının inkişafına və motivasiyasına diqqət göstərməklə onun üzvlərinin qayğısına qalmaqdan, öz müştərilərinə universal bank xidmətlərini yüksək keyfiyyətlə təklif etməklə onların keyfiyyətli bank xidmətlərinə olan təlabatını maksimum təmin etməkdən, müştərilərin maliyyə-istehsal fəaliyyətlərinin inkişaf və optimallaşdırmasına kömək etməkdən, onlarla uzunmüddətli və qarşılıqlı sərfəli əməkdaşlığın möhkəmləndirilməsindən, Dövlətin vergilərini və digər icbari ödənişlərini, həmçinin təchizatçılar qarşısında öhdəliklərini vaxtında və tam həcmdə ödəməklə onların maraqlarının daha dolğun təmin edilməsindən ibarətdir.

 

VALYUTA MƏZƏNNƏLƏRİ

03.09.2010

AlışSatış
1 USD 0.8020 0.8050
1 EUR 1.0197 1.0455
1 RUR 0.0257 0.0267