Haqqımızda“Azərbaycan Kredit Bankı” ASC 29 dekabr 2005-ci il tarixində Milli Bankda aldığı lisenziya əsasında, Bakı şəh.,Nizami küç.111 ünvanında fəaliyyət göstərməyə başlamışdır. Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Milli Bankının normativ-hüquqi aktlarının tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Bank öz fəaliyyəti boyunca aşağıdakı prinsipləri əsas kimi tutmuşdur: • İstehlakçılara yüksək səviyyəli bank xidmətinin göstərilməsi; • Bankın biznesində maraqlı tərəflərin hüquqlarının maksimum qorunması Bankımız Azərbaycan Respublikası Milli Bankından aldığı bank lisenziyasında qadağan edilməyən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olur: • tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi; • kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqress hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə və vasitəçilik növləri; • fiziki və hüquqi şəxslərə qanunvericiliklə qadağan olmayan hesabların, o cümlədən yerli və xarici banklara müxbir hesabların açılması və aparılması; • klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi; • ödəniş vasitələrinin (o cümlədən plastik kartların, yol çeklərinin, bank köçürmə vekselləri və qanunvericiliklə icazə verilən digər ödəniş vasitələrinin) buraxılması; • öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının), xarici valyutanın, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması; • öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması; • maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi; • kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi; • qiymətli kağızların, sənədlərin, pul vəsaitlərinin, qiymətli metalların və daş-qaşların, digər qiymətlilərin saxlanca qəbul edilməsi (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaqla seyfsaxlama xidmətlərinin göstərilməsi); • qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkassasiya edilməsi və göndərilməsi;
|
VALYUTA MƏZƏNNƏLƏRİ03.09.2010
|






