Ön sözHörmətli istifadəçilər, “Azərbaycan Kredit Bankı” ASC yenilənmiş internet saytını sevinc hissi ilə sizin istifadənizə təqdim edir. Saytı yeniləşdirməkdə əsas məqsədimiz fəaliyyətdə olan və potensial müştərilərimizi, həmçinin ictimaiyyəti və digər maraqlı tərəfləri daha dolğun informasiya ilə təmin etməkdir. Siz bizim saytda bank, onun rəhbərliyi və ümumi siyasəti, eyni zamanda, təklif etdiyimiz xidmət növləri və tarif dərəcələri haqqında məlumat əldə edə bilərsiniz. Həmçinin qanunvericiliyə, qabaqcıl normativlərə və informasiya şəffaflığına uyğun olaraq siz saytımızdan bankımız haqda daim yenilənən məlumatlar, press relizlər və hesabatlar əldə edə bilərsiniz. Biz, sizə partnyorlarımız və onlarla birgə fəaliyyətimiz haqda məlumat verməkdən qürur hissi duyuruq. Sizlərlə daha yaxın əməkdaşlıq üçün biz saytımızın interaktivliyini təmin edirik. Siz saytımızda bizə saytı yeniləşdirməyə dair öz arzu və istəklərinizi, müştərilərimizə təqdim etdiyimiz xidmətlər və ya görmək istədiyiniz yeni xidmət növləri haqqında məlumatlar yerləşdirmək imkanına maliksiniz. Yaxın gələcəkdə siz banka gəlmədən bir sıra xidmətlərimizdən istifadə etmək, hətta kredit sifarişinizi internet vasitəsi ilə doldurub bizə təqdim etmək imkanı əldə edə biləcəksiniz. Sizi, bizim bankın müştərisi kimi görməyə şad olarıq. Sizə xoş seyrlər arzu edirik və sizin təkliflərinizi gözləyirik! |
VALYUTA MƏZƏNNƏLƏRİ03.09.2010
|






