Qiymətli kağızlar
Səhmdarları 11 rezident fiziki şəxs olan "Azərbaycan Kredit Bankı" Açıq Səhmdar Cəmiyyəti 23.03.2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən (1105-A1-416 N:li "Dövlət qeydiyyatı haqqında şəhadətnamə") qeydiyyata alınmışdır. 29.12.2005-cı il tarixində bankımız Azərbaycan Respublikası Milli Bankından bank fəaliyyəti göstərmək üçün müvafiq lisenziya almış və 01.02.2006-cı il tarixindən isə fəaliyyətə başlamışdır. Bankımızın gənc bir təşkilat olmasına və Azərbaycan bank bazarının yeni iştirakçısı olmasına baxmayaraq, qısa bir müdddət ərzində səhmlərimiz üç dəfə emissiyya edilmişdir. Fəaliyyətə başladığı dövrdə nizamnaməsi cəmi 5 152 000 manat təşkil edən bankımızın nizamnamə kapitalı fəaliyyət müddəti ərzində 2 dəfə artaraq 10 204 800 manat təşkil etmişdir. Hal-hazırda dövriyyədə bankımızın kütləvi təklif üsulu ilə yerləşdirilmiş və hər birinin dəyəri 200 manat olan 51 024 ədəd adi sənədsiz adlı səhmləri var. 11 səhmdarımızın hər biri fiziki şəxsdir və onlardan heç birinin payı ümumi portfel həcminin 10%-dən çox deyil. "Azərbaycan Kredit Bankı" Açıq Səhmdar Cəmiyyəti qiymətli kağızlar bazarının aktiv iştirakçısıdır və daimi olaraq qiymətli kağızlar bazarında dövlət və korporativ qiymətli kağızlarla əməliyyatlar həyata keçirir.