Kadr siyasəti

Bankımızda işçi heyətin, yəni “insan amili”nin rolunun önə çəkilməsi və insan resurslarının peşəkar idarə edilməsi onun ümumi menecment konsepsiyasının təməlini təşkil edir. Belə ki, insan resursları Bankımızın bütün uğurlarının əsası olaraq onun ən dəyərli aktivi hesab edilir.

Bankın İnsan Resursları Siyasəti əməkdaşlarımızın məmnuniyyəti və onların iş yerində əldə etdikləri maddi və mənəvi faydalarla Bankın inkişaf strategiyası arasında körpü rolunu oynamaqla onun qarşısında duran strateji hədəflərə çatması üçün Bankın korporativ dəyərlərini qəbul edən, peşəkar bir komanda yaradaraq ruh yüksəkliyi ilə çalışan, sinergetik məhsuldarlıq təmin edən bir kollektivin formalaşdırılmasına yönəlmişdir.

Bankımızın İnsan Resursları Siyasəti “performance-centric” bir siyasətdir. Belə ki, bu siyasəti əsas tutmaqla biz işçilərin təşəbbüskarlıq, yaradıcılıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlərinə qiymət verir, həmin keyfiyyətlərin inkişaf etdirilməsində onlara yardımçı olur, maarifləndirməyə dair təlabatlarını öyrənir, tələblərini qarşılamaq məqsədilə təhsillərini artırmalarına qayğı göstərir, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır, uzunmüddətli karyera yüksəlişi planları hazırlayır, bank daxilində uğurlu karyera qazanmaq imkanları yaradır, mütəmadi daxili və xarici seminar və təlim kursları təşkil edirik. Bir sözlə, biz əməkdaşlarımıza sadəcə maraqlı və gəlirli iş yeri deyil, peşəkar inkişaf və karyera irəliləyişi imkanı qazandırırıq!

Bankımızın İnsan Resursları Siyasətinə uyğun olaraq həm kəmiyyət, həm də keyfiyyət meyarları əsasında hazırlanmış “Struktur bölmələrdə çalışan işçilərin və struktur bölmələrin fəaliyyətinin qiymətləndirilməsi sistemi”nin əsası qoyulmuşdur.

Bankımızın imici ilk növbədə işçi heyətdən, o cümlədən menecmentdən, onun peşəkarlığı və işə münasibətindən asılıdır. Buna görə də menecmentin peşəkar rəhbərlik keyfiyyətlərinə və onların inkişafına, həmçinin korporativ mədəniyyət normalarına riayət və nəzarət edilməsinə xüsusi diqqət yetiririk. Bu, Bankımızın İdarə Heyəti Sədrinin heyətə yönəlik istiqamətləndirici menecment mesajıdır ki, Bankımızda çalışan bütün işçilər iş yerlərini öz ailələri kimi qəbul etməli, Banka müraciət edən müştərilərimizə ailə qonaqları kimi qayğı göstərməlidirlər. Biz inanırıq ki, həmrəy peşəkarlardan ibarət olan heyətimiz Bankın qarşısında duran bütün məqsədlərə çatmağa qadirdir.

Biz Bankımızada çalışan əməkdaşlarımıza aşağıdakı imkanları yaradırıq:

·          Azərbaycanın inkişaf edən kommersiya banklarının birində uzunmüddətli və proqressiv karyera imkanları;

·          Yüksək ixtisaslı treynerlərin apardığı təlim kurslarında iştirak;

·          Talantlı gənc mütəxəssislər və peşəkar kollektivdə çalışmaq imkanı;

·          Rəqabət qabiliyyətli və işin keyfiyyəti ilə əlaqələndirilmiş əmək haqqı;

·          Obyektiv və şəffaf mühitdə çalışmaq imkanı;

Həmçinin, biz potensial namizədlərə də Bankın mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmaq imkanı təklif edirik. Əgər Siz də korporativ ailəmizin bir üzvü olmaq istəyirsinizsə, işə müraciət blankını doldurub hr@azkreditbank.com ünvanına göndərin. Bankın İnsan Resursları Xidməti hər bir müraciətə fərdi qaydada yanaşaraq onları mövcud vakansiyalara qarşı ətraflı təhlil edəcək və uyğunluq halında Sizinlə əlaqə yaratmağa çalışacaqdır. Cari vakansiyalarımız haqqında məlumat almaq üçün internet səhifəmizin müvafiq bölməsini və KİV vasitəsilə verilən iş elanlarımızı izləyin!

 

VALYUTA MƏZƏNNƏLƏRİ

03.09.2010

AlışSatış
1 USD 0.8020 0.8050
1 EUR 1.0197 1.0455
1 RUR 0.0257 0.0267